Dünya

Petrov və Boşirov sabiq QRU agentini çoxdan izləyirlərmiş

Petrov və Boşirov sabiq QRU agentini çoxdan izləyirlərmiş
Sabiq QRU polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində şübhəli sayılan Aleksandr Petrov və Ruslan Boşirov 2014-cü ildə Çexiyaya gizli səfər ediblər.

Sfera.az xəbər verir ki, həmin vaxt Skripal da orada olub. Bu barədə Praqanın "Radiojurnal” media orqanı məlumat yayıb.

Sabiq polkovnik orada yerli xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşməli imiş. "Radiojurnal”ın istinad etdiyi mənbələr əmindirlər ki, rus cütlüyü Skripalı çoxdan izləyirmiş.

Çexiya mətbuatı Petrov 13 oktyabrdan 16 oktyabradək Ostrave şəhərində yaşadığını, sonra isə Praqaya köçdüyünü yazır. Boşirov isə Praqaya 11 oktyabrda gəlib.

Çexiya hüquq-mühafizə orqanları bu barədə rəsmi şərh verməyiblər.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31