Peşə təhsili almaq istəyənlərə şad xəbər: 3.4 milyon dollarlıq layihə

Peşə təhsili almaq istəyənlərə şad xəbər: 3.4 milyon dollarlıq layihə
Avropa İttifaqı, BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırır.

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər
Sfera.az xəbər verir ki, Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan "Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilib. Layihə 2020-ci ilədək davam edəcək.
Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcək.

Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və daha çox Qlobal Məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını nəzərdə tutur.

Əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə, hazırda yüksək keyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır. Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan Hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir.
Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Layihənin Gəncə regional komponentinə bu gün start verilərək beynəlxalq ictimaiyyət, yerli hakimiyyət orqanları, özəl sektor və yerli texniki peşə məktəblərinin müəllim heyətindən ibarət 60 nümayəndəni bir araya gətirən açılış mərasimi təşkil edilmişdir. Layihənin bu komponenti Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək. Onu da qeyd edək ki, layihənin açılış mərasiminə həm də hal-hazırda Azərbaycanda rəsmi səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqı Komissarlığının nümayəndə heyəti qatılıb.
Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, "peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt” olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, "Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olduğu bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...