Pərvin Şərifov: \"Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir\"

Pərvin Şərifov: \
 
Hər il olduğu kimi, bu il də Azərbaycanda fevralın 2-si Gənclər Günü kimi qeyd edilib.

Bu münasibətlə müxtəlif tədbirlər keçirilib, il ərzində öz fəallığı ilə seçilən gənclər və dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları mükafatlandırılıb. Belə gənclərdən biri də XDMX THTT İdarəsinin rəis müavini, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifovdur. Onu da qeyd edək ki, Pərvin Şərifov 10 ildən artıqdır ki, hər il mütəmadi olaraq kimsəsiz uşaqlar üçün müxtəlif xeyriyyə tədbirləri təşkil edir.

Pərvin Şərifovun fikrincə, belə mükafatlar gəncləri daha da fəal olmağa ruhlandırır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu siyasət eyni zamanda bizdə bir məsuliyyət hissi də yaradır ki, bizə göstərilən etimadı doğruldaq və bunu öz fəaliyyətimizlə göstərək".

Pərvin Şərifov Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini deyir: "1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər keçirilir.

Cənab prezidentin müxtəlif illərdə imzaladığı bir sıra sərəncamların uğurlu icrası nəticəsində gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarır. Eyni zamanda gənclərin hərtərəfli inkişafı, cəmiyyətin həyatında fəal iştirakı stimullaşdırılır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri kimi ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsini xüsusilə qeyd etmək lazımdır.

Yekun olaraq demək istərdim ki, ölkə gəncləri cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...