AdRiver
Pərvin Abıyevaya sərt sözlər -  “Pul vermisən ki, səni...”

Pərvin Abıyevaya sərt sözlər - “Pul vermisən ki, səni...”

Pərvin Abıyevanın "Maşın şou”da səsləndirdirdiyi "Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” ifadəsi gənc və cazibədar aktrisa Aysel Nazimi özündən çıxarıb.

Sfera.az bildirir ki, Yenicag.az-a açıqlama verən Aysel qarşı tərəfin cavabını verib: "Pərvin deyəsən unudub ki, Türkiyədə məşhur filmlərə çəkilən aktrisalarımız var. Xatırlamırsa, mən ona xatırladaram. Nəsrin Cavadzadə, Könül Nağıyeva, Günay Musayeva kimi aktrisalarımız qardaş ölkədə Azərbaycanı təmsil edirlər. Mən özüm dəfələrlə türk proqramlarına çıxmışam, məşhur aktyorlar qonağım olub. Bu qədər insanın zəhmətini yerə vurmaq, uğurunu inkar etmək olmaz. Sən isə ay Pərvin, yalnız Bakıda filmlərə çəkilmisən, özü də öz maliyyən hesabına. Mən və adını çəkdiyim aktrisalara pul verib, qonorar ödəyib, filmə çəkiblər, sən isə özün pul vermisən ki, səni filmə çəksinlər”.
 
 

 



DİGƏR XƏBƏRLƏR


---