Pərdə və plyonkalar sabah söküləcək?
20:11 / 14.11.2019
5725
Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır.
Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir.
Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər.
Sfera.az unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir.