Pərdə mövsümü bitir - 1 HƏFTƏ QALDI - VİDEO

Pərdə mövsümü bitir - 1 HƏFTƏ QALDI - VİDEO

Avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq. Bəs qanunu pozanı hansı cərimə gözləyir?

Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına artıq bir həftə qaldı.

Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır.

İcazə verildiyi müddətdə bir çox sürücü avtomobilin yan şüşəsinə görünüşü bir qədər məhdudlaşdıran plyonka vurur. Bu da mövsümün sonunda yol polisi ilə sürücü arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə və yan şüşəyə vurulan plyonkaya ümumiyyətlə heç vaxt icazə verilmir.

İcazə müddətinin başa çatmasına bir neçə gün qalsa da sürücülərin bir çoxu bundan xəbərsizdi.


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...