Pentaqondan şok etiraf:120 mülki vətəndaş öldürülüb
10:42 / 03.05.2019
3616
Pentaqon ABŞ-ın 2018-ci ildə keçirdiyi hərbi əməliyyatlarda 120 mülki vətəndaşı öldürdüyünü etiraf edib.
Bu barədə Pentaqonun hesabatında məlumat verilib. Söhbətin ABŞ-ın İraq, Suriya, Əfqanıstan və Somalidə keçirdiyi hərbi əməliyyatlardan getdiyi qeyd edilir. ABŞ-ın Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda 40-dan artıq mülki vətəndaşın öldürlüdüyü bildirilib.
Bununla yanaşı, Pentaqon ABŞ hərbçilərinin Yəmən və Liviyada keçirdiyi hərbi əməliyyatlarda mülki vətəndaşların öldürüldüyünü təsdiq etməyib. Xatırladaq ki, Suriya ABŞ-ı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.