Pensiyalar nə qədər artırıldı? - Belə hesablaya bilərsiniz

Pensiyalar nə qədər artırıldı? - Belə hesablaya bilərsiniz
Prezidenti İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
 

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutmaqla, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq imzalanıb.

Prezidentin Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Bu isə o deməkdir ki, 190 manat əmək pensiyası alan şəxsin pensiyasının yalnız 80 manatlıq hissəsi (sığorta hissəsi) 2016-cı ildə qeydə alınan rəsmi inflyasiya səviyyəsində -12,4 % həddində indeksləşdiriləcək. 80 manatın 12,4%-ə 9 manat 92 qəpik etdiyindən, əvvəllər ayda 190 manat əmək pensiyası alan şəxsin pensiyası yanvarın 1-dən 199 manat 92 qəpik olacaq.


OXŞAR XƏBƏRLƏR