\"Pensiya və əməkhaqqının artırılması təqdirəlayiqdir\"

\
Azərbaycanda pensiya və minimum əməkhaqqının artırılması təqdirəlayiqdir.
 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Deputat pensiya və minimum əməkhaqqının artırılması barədə qərarın aparılan müəyyən təhlillər əsasında verildiyini söyləyib.

Onun sözlərinə görə, prezidentin sərəncamı ilə pensiya və minimum əməkhaqqının artırılması Azərbaycanın sosial siyasətinin tərkib hissəsidir:

"Bütün bunlar bir daha onu sübut edir ki, dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Dövlətin əhaliyə göstərdiyi dəstək bu gün ortaya çıxan məsələ deyil. Azərbaycanda həmişə əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində addımlar atılıb".

Qeyd edək ki, prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...