Pensiya artımları nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

Pensiya artımları nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

 

"Pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyaları indeksləşdirilərək artırılacaq".

 

Sfera.az bildirir ki, bu barədə "Qafqazinfo"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

 

O bildirib ki, "Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

 

Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ay ərzində təqdim olunacaq rəsmi məlumatda2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2020-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

 

Artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.

 

 

Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

 

Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.



OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...