Pensiya alanlara bayramda XOŞ XƏBƏR

Pensiya alanlara bayramda XOŞ XƏBƏR
Novruz bayramı ərəfəsində mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, bayram nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub.

Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib. 

Cari ilin yanvar-fevral aylarında fondun gəlirləri 2016-ci ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 561,5 mln. manata yüksəlib. Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 274,5 mln. manata çatıb. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektorundan daxilolmaların 180,3 mln. manat təşkil etməsi və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artması qeyd edilməlidir. 

"Artım dinamikasının 2017-ci ilin növbəti aylarında da əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtında həyata keçirməyə imkan verəcəyini söyləmək olar".

2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...