Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı AÇIQLAMA
Sosial şəbəkədə 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Əlizamin Salayevin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

Bildirilir ki, adıçəkilən şəxs ürək çatışmazlığından əziyyət çəkir. İddiaya görə, cəzaçəkmə müəssisəsinin baraklarında həddindən artıq sıxlıq və isti hava şəraiti onun sağlım durumuna təsir edib və vəziyyətə həkimlər tərəfindən müdaxilə edilmir. 

Sfera.az xəbər verir ki, "Qafqazinfo" məsələylə bağlı Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqovla əlaqə saxlayıb. Şöbə rəisi  bildirib ki, Əlizamin Salayevin hər hansı bir problemi yoxdur: "Əgər sözügedən məhbusun səhhətində hər hansı bir problem varsa, müəssisədə fəaliyyət göstərən həkimlərə müraciət edə bilər. Həmçinin başqa problemləri olduğu halda isə, Baş İdarəyə rəsmi şəkildə müraciət etməlidir. Onun hüquqları da, digər məhkumların hüquqları kimi qanunvericilikdə nəzərdə tutulmuş şəkildə qorunacaq”.

Xatırladaq ki, AXCP fəalı olan Ə. Salayev ötən ilin aprelində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...