Penitensiar Xidmət: “Cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

Penitensiar Xidmət: “Cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov  APA-ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: "Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində "Qaynar Xətt” var. İşgəncəyə məruz qalan dustaq varsa, o "Qaynar Xətt”lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

Qeyd edək ki, sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılıb.


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...