Pekin polisi kameralı eynəklə təhciz edildi

Pekin polisi kameralı eynəklə təhciz edildi
Pekin polisi ultramüasir texnologiyalı eynəklərlə təhciz edilib.

Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, yeni eynəyin mini kamerası və protektoru var.

Eynək onlayn rejimdə insanların üzünü analiz edərək axtarışda olub-olmadıqlarını müəyyən edir. Cinayətkar müəyyən edildikdə onun haqda qısa informasiya ekranda əks olunur.

Eynək vasitəsilə, avtomobilləri də izləmək mümkündür. Axtarışda olan avtomobillərin bazası vasitəsilə maşının qaçırıldığı aşkara çıxarıla bilir.
 
Ümumiyyətlə, Çində cinayətkarlığa qarşı mübarizədə süni intelekdən geniş istifadə olunur.
Ölkədə 170 milyon kamera var, 2020-ci ilə qədər onların sayı 3 dəfə artacaq. Yaxın gələcəkdə hər iki çinliyə bir kameranın düşəcəyi deyilir.
 
İlqar

OXŞAR XƏBƏRLƏR