Pekin ABŞ-ın yeni nüvə doktrinasını tənqid edib
13:06 / 04.02.2018
863
Vaşinqton öz yeni nüvə doktrinasında Çinin nüvə potensialını təhlükə adlandırıb. RİA "Novosti" xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin bəyanatında deyilir:
"ABŞ müdafiə nazirliyinin dərc etdiyi ölkənin nüvə doktrinasında Çinin inkişaf planları barədə absurd mülahizələr irəli sürülüb, ÇXR-in nüvə qüvvələri təhlükəsi şişirdilib, biz buna qəti etiraz edirik".
Çin müdafiə nazirliyinin bəyanatında daha sonra bildirilir ki, Çin nüvə silahını birinci olaraq və nüvə potensialı olmayan ölkələrə tətbiq etməmək prinsipini davam etdirir:
"Ümid edirik ki, ABŞ Çin tərəfi ilə birlikdə bir-birinə doğru addım atacaqlar ki, iki dövlətin silahlı qüvvələrinin münasibətləri ikitərəfli münasibətlərin sabitləşdirici amilinə çevrilsin, eləcə də regional və qlobal sülh, sabitlik və tərəqqi birlikdə qorunsun", - Çinin müdafiə nazirliyindən bildiriblər.
Əvvəllər Rusiya XİN ABŞ-ın nüvə doktrinasını riyakar və Rusiyanın əleyhinə olduğunu bildirmişdi.
Yusif Məmmədli
sfera.az