Paytaxtdakı svetoforların işində problemlər yaranıb

Paytaxtdakı svetoforların işində problemlər yaranıb
 

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata gpörə, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.

1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3. 28 may küçəsi-A.Puşkin küçəsi

4. A.Puşkin-Ə.Xəqani küçəsi

5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti-M.Araz küçəsi

7. M.K.Atatürk prospekti-M.Araz küçəsi

8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR