Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
17:00 / 04.07.2020
4655
Paytaxtda piyada ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, iyulun 4-də saat 01 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Quba rayon sakini Z.Abbasov idarə etdiyi "Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.