Paytaxtda işıqfor problemi: mərkəzi küçələrdə hərəkət iflic oldu
21:12 / 17.05.2019
6338
Bu gün axşam saatlarında Bakının Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində işıqforlar işləmədiyindən hərəkət iflic olub.
Modern.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yol kəsişməsində qəzalı vəziyyət yaranıb.
Yolda yüksək sürətlə hərəkət edən avtomobillər piyadalara və bir-birlərinə yol vermədiyindən problemlər yaşanıb.