“Paytaxtda da oğlumun xatirəsinin əbədiləşdirilməsini istərdim” – Polad Həşimovun anası

“Paytaxtda da oğlumun xatirəsinin əbədiləşdirilməsini istərdim” – Polad Həşimovun anası
 

Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib. 

"MediaPost"un məlumatına görə, şəhərin ikinci ən böyük küçəsinə Polad Həşimovun adı verilib. Bu küçədə Şəhidlər Xiyabanı da yerləşir. Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.

Mövzu ilə bağlı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova "MediaPost”a münasibət bildirib. O, oğlunun adına Bakı şəhərində də küçə verilməsinin tərəfdarı olduğunu deyib:

"Mən oğlumun adına Bakıda küçə verilməsini istəyirəm. Onsuz da, biz Qəbələdənik, orada oğlumun adına küçə verilsə də, verilməsə də hamı bizi tanıyır. Mən Bakı ərazisində də küçə istəyirəm. Biz indiyə kimi nə isə istəməmişik, 52 ildir ki, Sumqayıtda yaşayırıq. Bundan sonra da istəməyəcəyəm. Ancaq ana kimi, oğlumun adına Bakıda küçə verilməsini istəyirəm”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar vermişdi. Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub. 


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...