Payızda hibrid yoluxmalar artacaq - İnfeksionist “həm qrip, həm koronavirus” təhlükəsindən danışdı

Payızda hibrid yoluxmalar artacaq - İnfeksionist “həm qrip, həm koronavirus” təhlükəsindən danışdı
Payız fəslinin yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərinin yayılmasının koronavirusa yoluxma statistikasında sıçrayışa səbəb olacağı ilə bağlı iddialar səsləndirilir. Eyni zamanda bu halda xəstəliyin daha ağır keçməsi iddia olunur.
 
Maraqlıdır, bütün bu iddia və narahatlıqlar reallığa əsaslanırmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli koronavirusun da digər mövsümi xəstəliklər kimi geniş şəkildə yayıla biləcəyini deyib:

"Vaksin koronavirusa qarşı spesifik immunitet yaradır, amma bu immunitet digər infeksion xəstəliklərə qarşı yaranmır. Qarşıdan payız fəsli gəlir, bu səbəbdən mövsümi infeksion xəstəliklərin artacağı təbiidir. Hazırda bütün dünya üzrə proqnozlar belədir ki, COVID-19 da özünü digər mövsümü infeksion xəstəliklər kimi aparacaq və yoluxmada artım olacaq".
 
İnfeksionist həm qrip, həm də koronavirusa yoluxmuş şəxsin vəziyyətinin ağır ola biləcəyini diqqətə çatdırıb:
 
"Bu mərhələdə çətin məsələ ondan ibarətdir ki, eyni insanda bir neçə xəstəliklə bağlı epidemik vəziyyət yaransın. Məsələn, həm qripə, həm də koronavirusa yoluxan şəxsin müalicə proseduru ağır gedəcək. İndi gündəmdə olan əsas məsələ budur".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...