Patruşev İrəvana niyə gedir?

Patruşev İrəvana niyə gedir?
 

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək. 

Sfera.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu bu səfərin səbəblərindən yazıb.

Onun sözlərinə görə, Patruşev İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvət ilə getsə də, bu səfərin əsas məqsədi başqadır:

"Çünki bir il əvvəl Ermənistanın Təhlüksəzilik Şurasının katibi özü Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi. Buna baxmayaraq, Nikolay Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır. Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda Moskvanı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir, ikincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki "prezident seçkisində” öz adamını otuzdurmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq.

Paşinyan hər iki məsələdə israrlıdır. Köçəryanı həbsdən buraxsa, "Qarabağ klanının” simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə otuzdurmağa çalışır ki, ona qarşı qiyam Xankədidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir”.


OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...