Paşinyanın müşaviri koronavirusa yoluxdu
14:10 / 20.10.2020
1020
Ermənistanın Baş Naziri Nikol Paşinyanın müşaviri Tevan Poqosyan koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında məlumat verib.
O, hazırda karantinə alındığını bildirib.
Xatırladaq ki, Poqosyanın son günlərdə Dağlıq Qarabağda olduğu bildirilirdi.