Paşinyanın adamı vəzifəyə təyin edildi
Dünya
00:15 / 15.12.2018
3998
Qondarma "dağlıq qarabağ respublikası”da hakimiyyət böhranı davam edir.
Sfera.az xəbər verir ki, erməni lider Nikol Paşinyanın qondarma respublikanın lideri Bako Saakyanı Yeravanda qəbul etdikdən sonra vəziyyət daha da çətinləşib. Saakyan ən yaxın adamı qondarma respublikanın müdafiə naziri, general Levon Mnatsakanyanı vəzifədən azad edərək, Karen Avramyanı onu yerinə təyin edib.
Rusiya meylli general Karen Avramyanın yerinə isə, Nikol Paşinyanın ən yaxın adamı olan polkovnik Calal Harutyunyan təyin edilib.