Paşinyandan tələb: “Baş nazir yaxınlaşanda farağat durmalısınız” – Təhlil

Paşinyandan tələb: “Baş nazir yaxınlaşanda farağat durmalısınız” – Təhlil
Mariam Qriqoryan

ru.1-in.am (Ermənistan), 11.04.2019


Baş nazirin Noraqvit gömrükxana postuna səfər zaman verdiyi bəzi açıqlamalar ekspert, siyasi və mülki meydanlarda bir neçə gün boyunca müzakirə olunub.

Yada salaq – baş nazir əvvəlcə təmizlik barədə bir neçə irad tutub, özəlliklə qeyd edib: "Niyə xüsusən mənim gəldiyim gündə siqaret kötüyü döşəmədə qalıb? 25 ildir, bu ölkəmizin imici məsələsidir. Bura biabırçı dərəcədə zibilli zonadır. Bu, adamlara, bayrağımıza, gerbimizə münasibətdir. Yolverilməz münasibətdir. Bu dəqiqə onların mükafatını azaldın və buranı abıra salın”.

Nikol Paşinyan gömrükxana otaqlarından birinə çatanda  formadakı müfəttişə üz tutaraq iradını bildirib: "Baş nazir yaxınlaşarkən siz farağat durmalısınız, belə (onun çiynini göstərir-red.) durmurlar”.

Sonra küncə atılmış bayrağı görərək cinlənib: "Ərizəni yaz, çıx get evinə, eşidirsən? Bu otaqda işləyənlərin hamısını işdən çıxarın. Geyimlərinə, duruşlarına bax, elə bil, küçədə durublar. Yaxşıdır ki, hələ çöməlib oturmayıblar. Nə mənası var ki, kirayə götürülümş binadır. Kirayə mənzildə yaşamağa başlayanda deyirik ki, eybi yox, qoy donuz damına çevrilsin?”

Sosioloq Karen Sərksyanın fikrincə, baş nazir güçü yetmədiyi problemləri həll etməyə məcburdur. O 1-in.am-la söhbətdə deyib: "Faktiki olaraq böyük miqyaslı məsələlərin həllinin gedişində aydın olur ki, hər hansı həllini tapmayan  kiçik miqyaslı problemlər var. Baş nazir baş nazir deyil, idarə müdiri kimi işləməyə məcburdur ki, bu da yaxşı deyil”.

Sərksyan əlavə edib: "Problem bundadır ki, baş nazirin gözləntiləri başqadır. Onun ahəngi və əsəbi durum bundan qaynaqlanır ki, belə məsələlərin bir ildən sonra aktual olacağını gözləmirdi. Baş nazir gözləyirdi ki, inqilabi ruh yüksəkliyi əmək sahəsinə də keçəcək. Amma adamlar başqa iş qaydasına lap çoxdan vərdiş ediblər, onlarla maraqlanacaqlarına alışmayıblar. İndi kimsə gəlib və maraqlanır və bu, münaqişə yaradır. Bu mənim üçün sırf sosioloji baxımdan tamamilə aydındır, bu, akademik baxımdan normaldır, amma, əlbəttə, bu durum insanlıq baxımından anormaldır” – həmsöhbətimiz qeyd edib.

Sərksyanın sözlərinə görə, baş nazir belə qərarlar qəbul etməyə məcburdur, duruma nəzarətin başqa mexanizmləri yoxdur: "Baş nazir sərt qərarlar almaqda çarəsiz qalıb, bu qərarların alınması isə birinə "bəli”, o birinə "yox” deməyi bildirir. Sadəcə adamları idarə edəndə başqa deyil, yalnız bir yol seçiminin olması ümumi məqsədə yetmək adına adamları nəsə bir şeydən məhrum etməyi ifadə edir. Bir də qeyd edirəm ki, bu, normal prosesdir, bunsuz mümkün deyil, belə də olmalıdır. Sadəcə, əhalinin bir bölümü nəsə başqa bir şeyə vərdiş edib. Bu adam bir il hakimiyyətdədir, hansısa addımlar atılır, sonra isə aydınlaşır ki, bir ildən sonra bir il qabaqkı problemlərlə üz-üzə dururuq. Kimin əsəbləri tab gətirər? Amma, əslində, mən bunu zəifliyin təzahürü sayıram, bu da onun böyük siyasətdə olmadığının nəticəsidir və onun ən böyük problemi məhz budur”.

Politoloq Qagik Amabryan 1-in.am-la söhbətdə qeyd edib ki, cənab Paşinyan elementar "plagiat”la məşğuldur. "O, rayonlardan birinin fermasına baş çəkərək mal-davarın vəziyyətinə qəzəblənib, bir neçə rayonun rəhbərini vəzifədən azad etmək və ferma ditrektorunu həbsə almağı əmr edən Belarus prezidenti Aleksandr Lukaşenkonun davranışını yamsılamağa çalışıb. Amma cənab Paşinyan unudur ki, hakimiyyətə başqa bir ampluada gəlib – qanunun hakimiyyətini bərpa etməyə, Batkanı yamsılamaq isə Paşinyanın öz üzərinə götürdüyü ampluaya bir qədər uyğun gəlmir”.

Ambaryanın sözlərinə görə, bu cuşa gəlmə, özündən çıxmaq cəmiyyət tərəfindən çox pis qavranılır: "Bu, qanun planında qanuna qarşıdır. Onun müəssisəyə girərək kimin işləməli, kimin işləməməli olduğu haqda göstəriş vermək hüququ yoxdur. Biz qanunlar ölkəsi əldə etmək istəyiriksə, onda, gəlin, qanun meydanında qərar verək. Sual edirəm – bəs Noraqvit gömrükxana məntəqəsinin işçiləri öz otaqlarının gigiyenasına göz qoymağa borcludurlar? Bu müəssisə görünməmiş böyük mükafatlar paylayan DGK-yə (Dövlət Gəlirlər Komitəsi-red.) tabedir, Ananyan iki-üç aydan bir özünü və müşavirini mükafatlandırır. Axı bunun əvəzində xadimələr üçün bir neçə əlavə ştat açmaq olardı ki, adamlar ərazinin təmizliyinə göz qoysunlar?”

Politoloq əlavə edib: "Məsələn, mən ŞDU-da (Şirak Dövlət Universiteti-red.) dərs deyirəm, baş nazir nə zamansa gəlib sındırılmış skamyaları görsə, auditoriyalar isə zibilli olsa, buna mən sorumluyam? Təmizliklə məşğul olmaq mənimlə müqaviləyə daxil deyil. Biz qanuna can atdığımızdan baş nazir cuşa gələrkən verdiyi göstərişlərdə ehtiyatlı olmalıdır. Hətta cənab Paşinyan gördüklərindən hiddətlənirsə, onda normal ölkələrdə buna dördüncü tabelik səviyyəsinin işçiləri deyil, uyğun rəhbərlər sorumludurlar. Bu halda isə həmin Ananyan, ya da gömrükxana başçsı məsuliyyət daşımalıdırlar”.

Tərcümə Strateq.az-ındır.

 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...