Paşinyandan məğlubiyyət etirafı :Qarabağı verməlidir-Video

Paşinyandan məğlubiyyət etirafı :Qarabağı verməlidir-Video
"Dünən iki dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq”, –  "1in.am" bildirir ki, bunu "Feysbuk” hesabındakı canlı yayım zamanı Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan deyib.


O, "Qazprom” və "Qazprom Ermənistan”ın qazın qiymətinə yenidən baxmalı olduğunu deyib.  Onun sözlərindən belə çıxıb ki, Rusiyadan Ermənistana gələn qazın qiyməti qalxacaq, lakin  "Qazprom Ermənistan” istehlakçılar üçün qazın qiymətini dsabit saxlayacaq.

Bu, əslində, qaz satışından Ermənistan bücəsinin alacağı vəsaitin azalacağı deməkdir. Məsələ bunadadır ki, 31 dekabr 2018-ci ilə qədər Ermənistan sərhəddə Rusiyadan qazın min kubmetrini 150 dollara alıb, lakin o, istehlakçılara iki dəfə yüksək qiymətə çatdırılıb.

Erməni şərhçilər indiyə kimi dəfələrlə bu məsələni qaldırıb səhmləri 100% Rusiyanın "Qaprom” şirkətinə məxsus "Qazprom Ermənistan” şirkətinin inhisarçı mövqedən istifadə edərək erməni xalqını taladığını iddia edirdilər. Lakin şirkət təmsilçiləri çıxış edərək qiyməti iki dəfə qaldırmağı Ermənistan hökumətinin təklif etdiyini bildirdilər. Yəni yaranmış qiymət fərqi vergi kimi dövlət büdcəsinə oturur. Ermənistan Rusiyadan ildə 2,5 milyard kubmetr qaz alır ki, istehlakçılar bunun üçün 750 milyon dollar pul ödəyirlər. Bu pulun yalnız 375  milyonu Rusiya şirkətinə çatır, qalan pullar əmək haqqı, mənfəət vergisi, şəbəkəyə cari sərmayələr və büdcəyə müxtəlif cür ödənişlər şəklində Ermənistanda qalır. İndi həmin pulun 537,5 milyon dolları Rusiyaya gedəcək və Ermənistana 212,5 milyon dollar qalacaq, yəni Ermənistan büdcəsi 137,5 milyon dollar vəsait itirəcək. Bu, Ermənistanı müəyyən büdcə təşkilatlarını bağlamağa məcbur edəcək ki, nəticədə işsizlik və ölkədən kənara əmək miqrasiyası xeyli artacaq.

Göründüyü kimi, Rusiya Ermənistana qarşı yetərincə sərt davranır. Rusiya və Ermənistan mətbuatı bunun Dağlıq Qarabağ ətrafındakı 5 rayonla bağlı olduğunu göstərir. Putin bu rayonların qaytarılması qarşılığında Azərbaycanın KTMT üzvü olmasına çalışır. Bu barədə Belarus lideri Aleksandr Lukaşenko da açıqlama vermişdi. Onun dediyinə görə, Serj Sarkisyan bu məsələdə Putinin təklifinə əməl etməyib. Yəni Belarus lideri dolayısı ilə başa salıb ki, Serj Sarkisyan məhz buna görə hakimiyyətdən salınıb. 

Yəni Paşinyan Putinin tələbinə əməl etməsə onu da eyni aqibət gözləyir. Təbii ki, Rusiya Paşinyana qarşı radikal davranıb silahlı üsyan variantına əl atmaz - bu, bıçaq sümüyə dayananda Paşiyanın hüquqi müstəvidə KTMT-dən və Moskvanın patronajı altında olan digər qurumlardan çıxması ilə nəticələnə bilər. Paşinyana qarşı Rustiya daha "sivil” üsullardan istifadə edəcək - qazın qiymətini qaldırmaqla Ermənistanda həyat şəraitini çətinləşdirmək bunun ilk addımıdır. Ən sonda Rusiya qeyri-rəsmi səviyyədə Qarabağ müharibəsində Azərbaycana mane olmayacağını bəyan edəcək ki, bu, Ermənistanın daha çox torpaq itirməsi ilə nəticələnəcək. Bakı, məsələn, bir hücumla Ağdərə-Kəlbəcər,  Cəbrayıl-Qubadlı və Ağdam - Xankəndi istiqamətlərini götürə bilər ki, Serj Sarkisyan vaxtilə bu hücum varinatına hazırlıq kimi Dağlıq Qarabağın mərkəzini Şuşaya dəyişməyi planlaşdırırdı. Yəni Sarkisyan ən son variant kimi Meğri və Qafanda, Göyçədə və Şəmşəddində müəyyən boşalmış sərhəd kəndlərini Şuşa və Laçının əvəzində Azərbaycana verməyi də fikrindən keçirirdi. Qarabağ klanının fikrincə, Şuşanın itirilməsi Cənubi Qafqazda erməni dövlətinin mövcudluğunu sual altına sala bilər.   

Amma Rusiyanın "Regnum” portalında ermənipərəst ekspert Stanislav Tarasovun yazdığından belə çıxır ki, Paşinyan Ermənistanı müharibəli məğlubiyyət nəticəsindən xilas edə bilər. "İstisna edilmir ki, Qarabağ istiqamətində müəyyən innovativ təşəbbüslər peyda ola bilər ki, bu da regiondakı müəyyən geosiyasət dinamikası ilə bağlı ola bilər. Ancaq bu impulslar İrəvandan qaynaqlanmır”,- deyə Tarasov təşəbbüsün Rusiyaya məxsus olduğunu vurğulayır.İstiPress


OXŞAR XƏBƏRLƏR