Paşinyandan HÜCUM ƏMRİ: döyüşün yeni mərhələsi BAŞLANDI

Paşinyandan HÜCUM ƏMRİ: döyüşün yeni mərhələsi BAŞLANDI
Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyana qarşı 2008-ci il martın 1-2-də ölkədəki Konstisusiya quruluşunu devirmək və kütləvi iğtişaşlar törətməklə bağlı ittiham irəli sürülüb.

Bu haqda ölkənin Baş prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib.

"Seyran Ohanyana Cinayət Məcəlləsinin 300.1 maddəsi (Konstisusiya quruluşunu devirmək) ilə ittiham təqdim edilib. Onun barəsində yayayış yerini tərk etməmək barədə ehtiyat tədbiri seçilib”, - Baş prokurorluqdan məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl analoji ittihamlar ölkənin keçmiş prezidenti Robert Koçaryana təqdim edilib. O, hazırda həbsdədir.

Xatırladaq ki, 2008-ci il fevralın 19-da prezident seçkilərindən sonra rəsmi nəticələrə etiraz olaraq aksiyalar keçirilib. Təhlükəsizlik güclərinin toqquşmalarında 8 nümayişçi və 2 polis həlak oldu, 33 polis, 230 nümayişçi yaralandı.

Qeyd edək ki, ötən gün Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilib, həmçinin parlamentin sədri seçilib. Analitiklər hesab edir ki, hakimiyyətə gəlməsindən bu yana siyasi rəqiblərinə qarşı təqib siyasəti həyata keçirən Paşinyan bundan sonra sərt addımlar atacaq, əvvəlki hakimiyyətin nümayəndələrini həbs etməkdən çəkinməyəcək. Robert Koçaryanın həbsindən sonra Seyran Ohanyana qarşı cinayət ittihamın irəli sürülməsi də hücumun yeni mərhələsi kimi qiymətləndirilir. Publika

OXŞAR XƏBƏRLƏR