Paşinyandan ABŞ-ı narazı salacaq addım-Tehrana gizli sövdələşməyə gedib

Paşinyandan ABŞ-ı narazı salacaq addım-Tehrana gizli sövdələşməyə gedib
"Paşinyan Tehranın sanksiyalarla üzləşməsindən yararlanaraq İranın neft və qazını Gürcüstan üzərindən qaçaqmalçılıq yolu Balkan ölkələrinə satmağı düşünür”

Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan baş nazirinin İrana səfərinin əsas məqsədinin nədən ibarət olduğuna aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:  
 
"Paşinyanın İrana olan bu səfərinin kökündə tamamilə başqa məsələlər, ölkələr arasındakı qarşılıqlı maraqlar durur. İqtisadi cəhətdən çətin durumda olan hər iki ölkənin bu yöndə danışacaqları bir çox məsələlər var. Onu da nəzərə alaq ki, hazırda İran ABŞ sanksiyaları ilə əlaqədar öz enerji daşıyıcılarını satmaqda çətinliklə üz-üzədir. Belə bir durumda Paşinyan həmin məqamdan yararlanaraq müəyyən mənada Ermənistana maliyyə vəsaiti qazandırmaq istəyir. Təbii ki, ABŞ sanksiyaları fonunda bu rəsmi yollarla mümkün olacaq məsələ deyil.  Söhbət qeyri-rəsmi, oğurluq, qaçaq yolu ilə neft satışından gedir ki, bunu da Paşinyan Gürcüstan üzərindən etməyi düşünür. Bu yaxında Paşinyanın Gürcüstanın Bolnisi bölgəsində qeyri-rəsmi işgüzar görüş keçirməsi də əslində məhz bu kontekstdə dəyərləndirilməlidir. Gürcüstanda da İvanaşvilinin kriminal rejimi mövcuddur və o bu kimi kriminal məsələlərə hər zaman açıq olub. Paşinyan da bu məqamdan yararlanaraq düşünür ki, İranın neft və qazını Gürcüstan üzərindən qaçaq yolu ilə Balkan ölkələrinə sata bilər. Fikrimcə, Paşinyanın İranda əsas müzakirə etdiyi məsələ məhz bu olacaq”.
 
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan İrana səfərə gəlib. Nərəzə alsaq ki, hazırda İran ABŞ-ın ciddi sanksiyaları altındadır. Belə bir durumda Paşinyanın Vaşinqtonun iradəsindən kənar olaraq Tehrana etdiyi bu səfəri istər-istəməz hansısa gizli məqamların olmasından xəbər verir. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR