Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı

Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı
Ermənistan Milli Akademik Opera və Balet Teatrının keçmiş direktoru və bədii rəhbəri Konstantin Orbelyan baş nazir Nikol Paşinyanı və mədəniyyət naziri Nazəni Qəribyanı məhkəməyə verib.

Məhkəmə xəbərləri portalında yerləşdirilən məlumata görə, amerikalı dirijor Orbelyan mədəniyyət naziri səlahiyyətlərinin Nazəni Qəribyana həvalə etməklə bağlı baş nazirin 14 yanvar 2019-cu il tarixli qərarını, həmçinin onun teatr direktoru vəzifəsinə xitam verməklə bağlı əmrinin etibarsız sayılmasını tələb edir.

"Report” bildirir ki, bu davada Milli Akademik Opera və Balet teatrı üçüncü tərəf qismində iştirak edir.

OXŞAR XƏBƏRLƏR