Dünya

Paşinyan özünü biabır etdi: “...Günəş olacaq”

Paşinyan özünü biabır etdi: “...Günəş olacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibə verib. 

Sfera.az xəbər verir ki, Paşinyan müsahibədən bir hissəni "Facebook” səhifəsində paylaşıb. Ermənistanın Baş nazirinin fikirləri ilə tanış olduqda onun enerji sahəsində dərin biliyə sahib olmadığı aydınlaşır. 

Məsələn, jurnalist Paşinyana sual verib ki, Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Bu sizin bizim ölkəmizlə münasibətləriniz üçün problemdirmi? 

Ermənistanın Baş naziri isə suala belə cavab verib: "Bizim kifayət qədər yaxşı münasibətlərimiz (İtaliya ilə) var və ümid edirik ki, onlar daha da yaxşılaşacaq. Mən deyərdim ki, Azərbaycan enerji təchizatçısı deyil, neft və qaz təchizatçısıdır. Bu gün "enerji” sözünün anlamı çox tez dəyişir. Tezliklə İtaliya və bütün Avropa ölkələri üçün əsas enerji təchizatçısı günəş olacaq. Buna görə də biz faktları və gələcəyi nəzərə almalıyıq”.

Paşinyanın Azərbaycanı enerji yox, neft və qaz təchizatı adlandırması, tezliklə İtaliya və bütün Avropa ölkələri üçün əsas enerji mənbəyi təchizatçısının günəş olacağını söyləməsini onun savadsızlığını ortaya qoyur. Əvvəla, Ermənistanın Baş naziri bilmir ki, neft və qaz İtaliyanın balansında əsas enerji daşıyıcısı olaraq qalır. Bu isə o deməkdir ki, Azərbaycan hələ uzun müddət İtaliyanın əsas enerji təchizatçısı olaraq qalacaq. 

İkincisi, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda  ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir və ölkəmiz alternativ və bərpa olunan enerji sahəsində bir sıra mühüm addımlar atıb. Bu məqsədlə Azərbaycan 10  iyun 2009-cu il tarixində yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. 10 noyabr tarixində isə Azərbaycan Prezidenti İlham Əliyev Sənaye və Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edilməsi barədə fərman imzalayıb. 

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı isə, bundan 5 il öncə, 2004-cü il 21 oktyabr tarixində imzalanıb. Azərbaycanda alternativ enerji sahəsində belə ciddi və dövlət əhəmiyyətli qərarların alındığı ərəfədə 2009-cu il 14-18 oktyabr tarixlərində ATƏT-in Bakı ofisi tərəfindən bərpa olunan enerji üzrə hüquqi və normativ baza üçün ən yaxşı təcrübələr üzrə beynəlxalq seminar keçirilib. 

5 günlük seminar çərçivəsində bu sahə üzrə xarici mütəxəssislər tərəfindən mühazirələr oxunub, bu sahədə qabaqcıl ölkələrin təcrübələri öyrənilib və bunun ətrafında geniş müzakirələr aparılıb.

Alternativ enerji mənbələrindən biri də külək enerjisidir. Bu enerji mənbəsindən istifadəyə görə, Almaniya dünya ölkələri arasında birincidir. Bu, həm də digər alternativ enerji məbələrinə nisbətən maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir. 1999-cu ildə Yaponiyanın "Tomen" şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırıb, küləyin sürətinin orta illik qiyməti v = 7,9-8,1 m/san olması müəyyən edilib və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki-iqtisadi əsaslandırma hazırlanıb.

Günəş enejisinə gəlincə, bu, dünya da ən əlverişli mənbələrdən biridir və xüsusilə, günəşli ərazilər üçün daha perspektivlidir. Azərbaycanın təbii iqlim şəraiti də  günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır, yəni, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Lakin məsələ burasındadır ki, günəş enerjisinin işlənməsi və toplanması üçün effektiv texnologiyalar ən yaxşı halda 15 ildən sonra ortaya çıxacaq.(yeni sabah)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031