Paşinyan yaxın qohumunu həbsə göndərir

Paşinyan yaxın qohumunu həbsə göndərir
 

Ermənistan baş naziri Nikol Paşinyanın göstərişi ilə onun yaxın qohumuna qarşı cinayət işi açılıb.

News.am portalının məlumatına görə, Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs vəzifəsindən sui-istifadədə ittiham edilir.

"Mazoxist kimi görünmək istəmirəm, ancaq bildirim ki, göstərişimlə yaxın qohumuma qarşı vəzifəsindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Şübhəsiz ki, iş tam araşdırılacaq və günahkarlar qanun çərçivəsində cəzalandırılacaq.

Bu, yeni Ermənistandır və baş nazirin qohumları qanundan üstün ola bilməzlər”, – o qeyd edib.(oxu.az)


OXŞAR XƏBƏRLƏR