Paşinyan xilas üçün bu müsəlman ölkəsinə YALVARACAQ

Paşinyan xilas üçün bu müsəlman ölkəsinə YALVARACAQ
Ermənistanın baş naziri Nikol Paşinyan özünün ilk beynəlxalq səfərlərindən birini İrana etməlidir.
 
Bu haqda Ermənistan mediasına açıqlamasında iranşünas Qoar İskəndəryan bildirib.
 
Onun sözlərinə görə, Ermənistanda siyasi dəyişikliklərdən sonrakı 8 ay ərzində İran və Ermənistan rəhbərlərinin arasında heç bir ciddi səfər və müzakirələrin olmaması qəribədir.
 
"Ermənistanda hakimiyyətin son formalaşmasından sonra sözlərdən işə keçmək lazımdır. Xüsusən, Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan-İran münasibətlərinə əhəmiyyət verir. Prezident Həsən Ruhaninin dəvətini qəbul etmək və əməkdaşlıq məsələlərinin geniş spektri üzrə İranla danışıqlara başlamaq çox əhəmiyyətlidir", - ekspert qeyd edib.publika

OXŞAR XƏBƏRLƏR