Paşinyan Trampla görüşə bilmədiyi üçün səfirə əsəbiləşdi

Paşinyan Trampla görüşə bilmədiyi üçün səfirə əsəbiləşdi

 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xaricdəki səfirlərinin işini bəyənmir.  

"Qraparak" nəşri yazıb ki, N.Paşinyan xüsusən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın fəaliyyətindən narazıdır.

Nəşrin məlumatına görə, Paşinyan avqustun 27-də Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib ki, səfirlər ölkə iqtisadiyyatı üçün heç bir iş görmürlər.

"Səfirlər nə investisiya cəlb edirlər, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirirlər",-deyə Baş nazir bildirib.

O, Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyana qəzəblənib. Nəşrin mənbəsi bildirib ki, buna səbəb səfirin Paşinyanın ABŞ rəhbərliyi, xüsusilə də Prezident Donald Tramp və ya dövlət katibi Mayk Pompeo ilə görüş təşkil edə bilməməsidir.

Qeyd edək ki, Ermənistanın yeni hakimiyyəti hələ də ABŞ rəhbərliyi ilə görüşməyib. N.Paşinyan və Xarici İşlər naziri Zohrab Mnatsakanyan bir neçə dəfə ABŞ rəhbərliyi ilə görüşə cəhd etsə də, qarşı tərəf buna məhəl qoymayıb.


OXŞAR XƏBƏRLƏR

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...