Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”
 

Yerevanla Bakı arasında "qaynar xətt” işləyir, lakin bu, təəssüf ki, qurbanların olmayacağına zəmanət vermir.

 

Bunu "Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

"Biz danışıqların konkret nəticələrə gətirməsi üzərində işləyirik. Nəyə görə danışıqların konkret nəticəsi yoxdur? Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır, belə ki, Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır”, - Paşinyan bildirib və əminlik ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır.

 

Paşinyan əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. "Kimsə belə düşünürsə, o, nə Qarabağ xalqını, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır”, - baş nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...