Paşinyan Qazaxıstanda nədən küsüb? - NAZARBAYEV HAMIYA ORDEN VERDİ, ONDAN BAŞQA

Paşinyan Qazaxıstanda nədən küsüb? - NAZARBAYEV HAMIYA ORDEN VERDİ, ONDAN BAŞQA

Xəbər verildiyi kimi, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının iclası keçirilir. İclasda Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edirdi. Lakin Paşinyan gözlənilmədən səfər qrafikinə dəyişiklik edərək, Ermənistana qayıtdığı barədə məlumat yayılıb.

Ermənistan KİV-ləri baş nazirin qəfildən səfər çərçivəsində nəzərdə tutulan görüşlərdən imtina edərək, İrəvana yola düşdüyünü yazıb. Belə ki, Paşinyanın iclasdan sonra Qazaxıstanda yaşayan erməni iş adamları ilə görüşü və digər tədbirlərdə iştirakı nəzərdə tutulurdu. Lakin bu görüş baş tutmayıb.

Məlumatda deyilirdi ki, o, həmçinin mətbuat nümayəndələrilə görüşdən və suallara cavab verməkdən də imtina edərək, sadəcə standart yazılı bəyanat yayıb. Qazaxıstan XİN təmsilçisi Aybek Sadiyarov məlumat verib ki, Paşinyan artıq aeroporta yollanıb. Ancaq onun nədən belə tez-tələsik Ermənistana dönməsi barədə məlumat verilmirdi.

Xatırladaq ki, toplantıda Belarus, Qazaxıstan, Qırğız Respblikası və Rusiya liderləri iştirak ediblər. İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin və Qırğız Respublikasının prezidenti Sooranbay Jookayevi "Nursultan” ordeni ilə təltif edib. Nikol Paşinyan isə bu ordenə layiq görülməyib. Paşinyanın məhz bu səbəbdən "inciyib” getdiyi də ehtimal edilirdi.

Ancaq bu xəbər erməni KİV-lərində yayıldıqdan bir müddət sonra Paşinyanın mətbuat katibi Vladimir Karapetyan rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, baş nazirin səfər qrafikində dəyişiklik edilməyib və nəzərdə tutulan görüşlərin keçirilməsi planlaşdırılır.

Əslində nə baş verdiyi, niyə Paşinyanın səfəri barədə belə ziddiyyətli məlumatlar yayıldığı hələlik bilinmir. Ancaq böyük ehtimalla erməni baş nazirin Qazaxıstan paytaxtına səfərində hansısa narazılıq, yaxud problem yaşanıb. Çünki demək olar əksər erməni KİV-ləri səfərin yarımçıq dayandırıldığı barədə məlumat yayaraq, hətta Qazaxıstan XİN təmsilçisinə istinad etmişdilər.

 

azpolitika.info

 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...