Paşinyan oğlunun öldürüləcəyindən qorxurmuş - İDDİA

Paşinyan oğlunun öldürüləcəyindən qorxurmuş - İDDİA
 

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan oğlunu İrəvan yaxınlığındakı hərbi hissəyə gətirməsi "Qarabağ klanı” ilə qarşıdurmanın nəticəsidir”.

 

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, erməni baş nazir bu addımı atmaqla oğlu Aşot Paşinyanın təhlükəsizliyini təmin etmiş oldu:

 

"Paşinyan Qarabağda əsgər olan oğluna qarşı Kəçəryan tərəfdarlarının sui-qəsdindən çəkinərək buna getdi. Yerini rahatlayan baş nazir bindan sonra "Qarabağ klanı”na daha rahat hücum edə biləcək.

 

Hesab edirəm ki, Paşinyanın oğlu bu gərgin situasiyada Qarabağda qalarsa, onun öldürülməsi reallaşa bilərdi və bunun adını "ehtiyatsızlıq”, yaxud "Azərbaycan tərəfinin açdığı atəş” qoyacaqdılar. Nəzərə almaq lazımdır ki, Qarabağdakı hərbi hissələrin zabit heyəti birbaşa Robert Köçəryana bağlıdır, buna görə də Paşinyan belə bir addım atdı”.

 

yenisabah.az


OXŞAR XƏBƏRLƏR