“Paşinyan Moskvanın əsəbləri ilə oynadı, ona çətin olacaq” - Politoloq
13:25 / 03.08.2021
1109
"Paşinyana əvvəlki illərdən çətin olacaq”.
Sfera.az bildirir ki, bunu "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq Qarabağ klanının timsalında indiki
müxalifətin Nikola qarşı barışmaz mövqedən çıxış etdiyini vurğulayıb:
"Onlar ilk gündən parlamentin işini iflic etməyə
çalışıblar. Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı
ittihamlar, söyüşlər hələ irəlidədir.
Nikol Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz
Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və
Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə
oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs
etməklə qurumun imicinə zərbə vurdu.
Paşinyan daxili siyasətə daha çox maraq göstərir.
Onun nəyi də olmasa, adı eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan
fərqli olaraq, korrupsiya qalmqallarında
hallanmayıb. Paşinyan islahatlar aparmağa meyllidir. Ancaq orası da var ki,
müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini
doldurmaq ona çətin olacaq, ölkəni tərk edənlərin – itirilən işçi qüvvəsinin
sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə hələ
ki, vədlərdədir”.
E.Şahinoğlunun fikrincə, Nikol Türkiyə və Azərbaycanla
normal münasibətlərin qaçılmazlığını anlayır:
Günay Rəsulqızı