Paşinyan Medvedyevin onu ələ salmasına qəzəbli reaksiya verdi

Paşinyan Medvedyevin onu ələ salmasına qəzəbli reaksiya verdi


Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının Yerevanda keçirilən iclası zamanı Rusiyanın baş naziri Dmitri Medvedyevin onu rus dilində qeyri-korrekt ifadəsinə görə ələ salmasına münasibət bildirib.

 

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu insidentə sosial şəbəkələrdə verilən reaksiyalardan qəzəbləndiyini ifadə edib. "İndi Facebook-a girirəm və gözlərimə inanmıram ki, korrupsioner sistemin qalıqları sosial şəbəkələrdə bu cür asanlıqla hay-küy qaldıra biliblər. Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında təkcə Rusiya baş naziri Dmitri Medvedyev yox, biz hamımız ümid edirdik ki, tezliklə başqa otağa keçib kofe içə biləcəyik. Biz hamımız çox yorulmuşduq və kofe istəyirdik. İclas planlaşdırılandan 2.5 saat uzun çəkmişdi. Bizim bundan əvvəlki gün qeyri-rəsmi ünsiyyətimiz də əsas verirdi ki, görüşün qeyri-rəsmi hissəsinə keçək. Mən başa düşmürəm, bütün bunların hamısını izah etmək lazımdır?”-Paşinyan yazıb.

 

 

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan isə bildirib ki, Rusiya baş nazirinin yersiz zarafatı qarşısında Paşinyanın özünü ələ alıb heç bir reaksiya verməməsi onun "ruhunun gücündən və özünü idarə etməsindən” xəbər verir.

 

"Adam başa düşür ki, özünü belə pis vəziyyətə qoyur, sən isə ona bu situasiyadan çıxmağa kömək edirsən. İradənin gücü ondadır ki, sən öz hisslərini ölkənin maraqlarından üstün tutmursan. İradənin gücü ondadır ki, sən qonağın səhvini görüb gülümsəyirsən, çünki özünə əminsən”-o deyib.


 

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...