Paşinyan kapitulyasiya aktını imzaladığı gecəni xatırladı: “Putinə dedim ki...”

Paşinyan kapitulyasiya aktını imzaladığı gecəni xatırladı: “Putinə dedim ki...”
"Mövcud vəziyyəti təhlil edərək Qarabağ Prezidenti və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşib qərara gəldim ki, müəyyən, bəli, kifayət qədər ciddi güzəştlər yolu ilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdım”. 
 
Sfera.az xəbər verir ki, bunu aprelin 14-də Ermənistan Parlamentinin iclasında Hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı zamanı kapitulyasiya aktını imzalamasına haqq qazandırmağa çalışan baş nazir Nikol Paşinyan söyləyib.
 
Paşinyanın sözlərinə görə, bundan sonra o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edərək, Ermənistan tərəfinin əraziləri "5 + 2" formatı çərçivəsində geri qaytarmaqla Azərbaycana güzəştlər etməyə hazır olduğunu bildirib.
 
"Rusiya prezidenti ilə söhbətdə yaranmış vəziyyətdən ortaq çıxış yolumuzun olduğunu aydınlaşdırdıq. Qaçqınların geri qaytarılması məsələsi də müzakirə edildi. Ona dedim ki, Dağlıq Qarabağın statusu müəyyən edilərsə, sözügedən məsələ ilə bağlı heç bir etirazımız olmayacaq. Rusiya prezidenti Azərbaycan lideri ilə danışdı və məlum oldu ki, Azərbaycan tərəfi Qarabağın Hadrut bölgəsini işğaldan azad etmək təklifimizi qəti şəkildə qəbul etmir. Bundan əlavə, Şuşa da daxil olmaqla, müvəqqəti köçkünlərin probleminin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirilməməsini tələb edir”,- - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.
 
Nikol Paşinyanın sözlərinə görə, rəsmi Bakı ərazilərin "5+2” formatı çərçivəsində deyil, bütünlüklə və qeyd-şərtsiz  qaytarılmalı olduğuna işarə edib. Bundan əlavə, Azərbaycan qəti şəkildə bildirib ki, heç bir şərt daxilində Dağlıq Qarabağın statusunu müzakirə etməyək.
 
Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...