Sİyasət

“Paşinyan əndişə içindədir, Rusiya gözdağı verir” – EKSPERT DƏYƏRLƏNDİRMƏSİ

“Paşinyan əndişə içindədir, Rusiya gözdağı verir” – EKSPERT DƏYƏRLƏNDİRMƏSİ
 

"Bu gün Qarabağ probleminin həllilə bağlı görüşlərdə, hətta bu sayaq görüş Vaşinqtonda keçirilsə belə, hər hansı bir siyasi nəticənin olacağını gözləmək əslində özünü aldatmaqdır”.


Sfera.az-a açıqlamasında bu sözləri sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutacaq görüşə münasibət bildirərkən politoloq Natiq Miri deyib.

 

Bunun üçün həmsöhbətimizə görə, Ermənistanda bötüvlükdə ictimai-siyasi dairlərdə fikirlər, eyni zamanda mühit formalaşmayıb: "Bu gün Paşinyan demək olar hər tərəfdən mühasirəyə alınıb. Digər tərəfdən, Paşinyana müxalif olan qüvvələrə Rusiyanın açıq şəkildə dəstəyi sezilir. Bunu Rusiyanın Ermənistandakı səfirinin Robert Köçəryanla görüşündə də açıq şəkildə gördük. Bu isə Ermənistan hökumətinə Moskva tərəfindən verilən gözdağı, həm də bir mesaj idi. Belə bir çətin vəziyyətdə, hələ də Qarabağ məsələsinin erməni cəmiyyətində həssas məsələ olduğunu nəzərə alanda, təbii ki, Vaşinqton görüşlərində də hər hansı bir siyasi nəticədən danışmaq mümkün olmayacaq”.


Ekspert qeyd etdi ki, nəticənin olması üçün mütləq mənada həm erməni cəmiyyəti, həm də İrəvanda hökumət başında olan siyasi qüvvələrin bir çox təhlükələrdən xilas olmaları vacibdir: "İndiki halda Painyan və onun hökuməti inqilab dövründə olduğu tək dəstəklənmir. Bu dəstək sürətlə aşağı düşür. Müxalifət isə siyasi və hərbi cəhətdən təşkilatlanmağa davam edir. Həmçinin, işğal olunmuş separatçı rejim daxilində Paşinyan hökumətinin beli bağlıdır. Qarabağ cəhbəsində hərbu əməliyyatların bərpa ehtimalı böyük olduğundan Paşinyan bu istiqamətdə də ciddi əndişələr içindədir. Belə olan halda digər görüşlər kimi, xüsusən də Vaşinqtonda olacaq görüş Paşinyana sadəcə zaman qazanmağa hesablanmış bir danışıqlardır”.

 

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakanyan arasında görüş olacaq. Özü də görüşdə əsas vasitəçi rolunda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çıxış edəcək.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031