Paşinyan: "Bütün günahlar jurnalistlərdədir"
Dünya
13:08 / 17.01.2019
1756
Ermənistanın baş naziri Nikol Paşinyan bütün uğursuzluqların günahkarını tapıb - bu mətbuatdır. Paşinyan bir neçə gün öncə bildirib ki, medianın 90 faizi ya keçmiş hakimiyyətə, ya da indiki hakimiyyətə müxalif olan qüvvələrə məxsusdur.
Nazir "Qraparak” qəzetini də yeni hökumət üzvlərinin xaş sevgisi haqqında yazıya görə kəskin tənqid edib və onları respublikaçılarla müqayisə edib.
Jurnalistlər birliyinin ona cavabı isə gecikməyib. Qurumun bəyanatında deyilir ki, hakimiyyət bu gün sosial-iqtisadi problemlərlə üz-üzədir. Bunun üçün də onlar ictimaiyyəti özlərinin çox yaxşı olduğunu, mətbuatın isə sadəcə qaralama ilə məşğul olmaları ilə bağlı aldatmağa çalışırlar.
"Əgər əvvəll yeni hakimiyyət özlərinin uğursuzluqlarına sələflərinin fəaliyyətləri ilə haqq qazandırırdılarsa, bu gün onlar hər şeydə KİV-i ittiham etmək qərarına gəliblər. Buna səbəb isə odur ki, Paşinyan və onun komandası daha çox hakimiyyətə can atır. Buna mətbuat mane olur".
Jurnalsitlər həmçinin Paşinyana xatırladıblar ki, yaxın keçmişdə o məhz "Qraparaq" qəzetinin redaktoru olub. Bu gün isə onu keçmiş rəhbərliyin əlaltısı sayır.
Artıq bu ölkədə cəmiyyət də, mətbuatda inqilabdan məyusluğunu gizlətmir.