Paşinyan Arayik fiqurunu şahmat taxtasından götürür – Köməkçisini Xankəndiyə göndərdi

Paşinyan Arayik fiqurunu şahmat taxtasından götürür – Köməkçisini Xankəndiyə göndərdi
Ötən gün Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanın Yuxarı Qarabağ ərazisinə göndərilməsinə dair bir sərəncam imzalayıb. Bundan əvvəl isə Paşinyan Putinlə Moskvadakı son görüşündən dərhal sonra İrəvanda Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanı qəbul edib və Araikin də tezliklə Rusiya paytaxtına yollanacağı haqda məlumatlar yayılıb.

Maraqlıdır, Paşinyanın bu addımları atmaqda məqsədi nədir?

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında deyib ki, Qagik İsaxanyanın Nikol tərəfindən Qarabağa göndərilməsi Ermənistanda da birmənalı qarşılanmayıb:

"Qondarma respublikanın prezidenti adlandırılan Araik Arutyunyanın tezliklə əlində olan səlahiyyətlərdən məhrum ediləcəyi haqda məlumatlar dolaşır. Xankəndində ilişib qalmış ermənilər arasında bu "prezidentə” narazılıq son həddə çatıb. Digər tərəfdən Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişafı bu şəxsin səlahiyyətlərinin əlindən alınaraq Xankəndindən uzaqlaşdırılmasını tələb edir. Əks halda, yenidən hakimiyyət olimpinə oturacaq Paşinyan üçün vəziyyətə nəzarət etmək olduqca çətin olacaq.
 
Paşinyan İrəvanda olan Qarabağ erməni klanı ilə əlaqələndirici funksiyası yerinə yetirən Arutyunyanın aradan götürülməsi ilə Köçəryan-Sarkisyan cəbhəsinin zəiflətmək istəyir. Onun köməkçisi cəmi üç gün, 12-15 iyul tarixlərində Xankəndində ezamiyyətdə olacaq və işgüzar görüşlər keçirəcək. Bu üç günün nəticəsində Paşinyan Araik Arutyunyanın gələcək taleyi haqda qərar qəbul etməlidir”.

Müsahibimiz qeyd edib ki,  yeni Baş Nazirin köhnə "prezident” haqqında qəbul edəcəyi qərar heç də Arayik üçün sevindirici olmayacaq:

"Bu haqda Moskvadan yenicə dönən Paşinyanla Arayik arasında baş tutmuş söhbət zamanı ona məlumat verilib. Baş Nazir səlahiyyətlərini icra edənlə "prezident” arasında söhbətdən təşvişə düşən Arayik Arutyunyan yaxın günlərdə növbəti dəfə Moskvaya səfər edəcəyi haqda məlumat verib. Bu səfərin də hansı məsələlərlə əlaqədar ortaya atıldığı artıq heç kimdə şübhə yaratmır. Səfərin "prezident” statusundakı Arayikin Moskvaya son səfəri ola biləcəyi də…
 
Düşünürəm ki, Moskva bu dəfə Arayikin göz yaşlarına inanıb, onun vəzifədə qalmasına yardım etməyəcək. Rusiyanın Ermənistanda Paşinyanın qəzəbindən xilas etməyə çalışdığı daha önəmli fiqurlar var - Robert Köçəryan, Serj Sarkisyan və digərləri. Arayik Arutyunyan bu siyahıda sonuncu yerlərdən birini tutur. Həmçinin fikrimcə, bu yaxınlarda baş tutan Putin-Paşinyan görüşündə  Köçəryan və Sarkisyanın hakimiyyətdə təmsil olunmaları məsələsi müzakirə olunanlardan ən önəmlisi olub. Paşinyanın Rusiyanın tələbləri qarşısında müqavimət göstərdiyi haqda məlumatlar var və  belə olan halda, Arayik Arutyunyanın köməyinə gələcək qüvvənin olacağına inam azdır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...