“Paşinyan 5 rayonu qaytarmağa hazırdır, amma…” – TƏKZİB OLUNAN MƏKTUBUN İZİ İLƏ…

“Paşinyan 5 rayonu qaytarmağa hazırdır, amma…” – TƏKZİB OLUNAN MƏKTUBUN İZİ İLƏ…
 

"Paşinyan "torpaqları qaytarmağa hazırıq” deyəndə, Dağlıq Qarabağdan kənar işğal etdikləri əraziləri nəzərdə tutur. Özü də cəmi 5 rayonu...

 

Sfera.az-a açıqlamasında bu sözləri Paşinyanın NATO baş katibinə məktub ünvanlaması və burada guya işğal etdikləri ərazilərdən geri çəkiləcəklərini bəyan etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:


"Ermənilərin hissə-hissə qaytarmaq istədiyi torpaqlar Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən rayonlardır. Özü də İrəvanın qaytarmaq istədiyi rayonların sayı 5-dir. Düşmən tərəf, Laçın və Kəlbəcərin qaytarılması barədə isə heç düşünmür. ABŞ 7 rayonun qaytarılmasını istəsə də, İrəvan bu faktı qətiyyən qəbul etməməyə çalışır. Paşinyanın NATO baş katibinə ünvanladığı məktubda nə yazdığı, yazılanlar barədə verilən məlumatın saxta profil olub-olmadığını bilmirəm, amma erməni baş naziri kompromis deyəndə 5 rayonu qaytara biləcəklərini bəyan edir. Onlar məhz bu məntiqlə çıxış edirlər”.


Bu səbəbdən politoloqun fikrincə, NATO baş katibinə yazılan məktubda Paşinyanın "torpaqları qaytara bilərik” ifadəsini Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi başa düşmək hələ tezdir: "Paşinyan hələlik bu barədə fikirləşmir. Amma bu məlumata bənzər digər məlumatlar da yayılır. Bu isə onu göstərir ki, İrəvana basqılar bir qədər artsa, onlar artıq danışıqlarda ərazi məsələlərinin müzakirəsinə də keçəcəklər. Hələliksə, ərazi məsələsinin müzakirəsi danışıqlar prosesinin gündəmində yoxdur”.


Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın NATO Baş katibi Yens Stoltenberqə ünvanladığı məktubda Ermənistanın bir il ərzində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən geri çəkiləcəyini bildirdiyi iddia olunur.Bu barədə Ermənistanın təhlükəsizlik məsələləri üzrə

müşaviri Samvel Martirosyan məlumat yayıb. Lakin o, məktubunun sosial şəbəkədə yayıldığını bildirərək, bunu yayımlayan Feysbuk profilinin saxta olduğunu iddia edib.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

"Qərb Azərbaycan-Ermənistan dialoquna nə qədər az müdaxilə etsə, bölgəyə sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...