PAŞA Sığorta şirkətinin saytı beynəlxalq “Red Dot Award” mükafatına layiq görülüb
PAŞA Sığorta şirkətinin korporativ saytı Azərbaycanda ilk dəfə olaraq nüfuzlu beynəlxalq "Red Dot Award” mükafatını qazanıb.
Daim yenilənən, müasir tələblərə cavab verən və innovativlik baxımından fərqlənən sayt həm fərdi, həm də korporativ müştərilər üçün geniş funksionallıq təklif edir. Müştərilərin rahatlığına önəm verən PAŞA Sığorta şirkəti sayt vasitəsilə həkimə qeydiyyat, sığorta məhsullarının onlayn satışı, avtomobilin təmir prosesinin izlənməsi kimi bir sıra imkanlar təqdim edir. www.pasha-insurance.az ünvanına daxil olaraq saytla daha yaxından tanış ola və sığorta xidmətlərindən faydalana bilərsiniz.
Qeyd edək ki, "Red Dot Award” 1955-ci ildə "Design Zentrum NRW” (Avropa Dizayn Mərkəzi) tərəfindən zamanın ən yaxşı dizayn obrazlarının seçilməsi üçün təsis edilib. Dizayn sahəsindəki müxtəlifliyi peşəkar şəkildə qiymətləndirmək üçün 1990-cı illərdən etibarən "Red Dot” 3 istiqamətdə - "Məhsul Dizaynı”, "Brend və Kommunikasiya Dizaynı” və "Dizayn Konsepsiyası” üzrə ən yaxşı layihələrin seçimini həyata keçirir.