İqtİsadİyyat

“PAŞA Bank"ın Türkiyədəki törəməsi kəksin böyüyüb

“PAŞA Bank
"PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası”nın cəmi aktivləri bu il yanvarın 1-nə 1 milyard 349 milyon 565 min lirə (431 milyon 861 min manat) təşkil edib. 

Bankın maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 50,5% çoxdur.

"PAŞA Yatırım Banka”ının aktivlərinin 840 milyon 278 min lirəsini (268 milyon 889 min manat) müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə Bankın kredit portfeli 23,7% böyüyüb.

Hesabat dövründə "PAŞA Yatırım Banka”sının cəmi öhdəlikləri 32,6% artaraq 843 milyon 908  min lirəyə (270 milyon 51 min manat), cəmi kapitalı isə 94% artaraq 505 milyon 657 min lirəyə (193 milyon 810 min manat), o cümlədən nizamnamə kapitalı 96,1% artaraq 500 milyon lirəyə (160 milyon manat) çatıb.

2018-ci ildə "PAŞA Yatırım Banka”sının faiz gəlirləri 124,37 milyon lirə (39,798 milyon manat), faiz xərcləri 44,872 milyon lirə (14,359 milyon manat), haqq və komissiya gəlirləri 3,168 milyon lirə (1,014 milyon manat), inzibati xərcləri 13,736 milyon lirə (4,396 milyon manat), qiymətli kağızların alqı-satqısından zərəri 1,009 milyon lirə (323 min manat), digər gəlirləri 855 min lirə (274 min manat), digər xərcləri 55,359 milyon lirə (17,715 milyon manat), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 17,713 milyon lirə (5,668 milyon manat), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 733 min lirə (235 min manat) təşkil edib. Son nəticədə Bank ötən ili 3 milyon 563 min manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu əvvəlki ildən 16 milyon 8 min lirə (5 milyon 123 min manat) mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Bankın səhmlərinin 49%-i "PAŞA Holdinq” MMC-yə, 50,96%-ə "PAŞA Bank”a, 0,04%-i isə "Aksoy Holdinq”ə məxsusdur. Başqsa sözlə, Azərbaycan tərəfi səhmlərin 99,96%-nə nəzarət edir. 

1 lirə = 0,32 manat

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30