“PAŞA Bank”ın reytinqi təsdiq edildi

“PAŞA Bank”ın reytinqi təsdiq edildi
"Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyi "PAŞA Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "BB-/B” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz "mənfi”dir.

Məlumatda, Bankın 2018-ci il ərzində Azərbaycan, Türkiyə və Gürcüstanda bazar payı və biznes həcmini artırmaq məqsədilə yüksək kreditləşmə templərini saxladığı bildirilir.

Agentlik hesab edir ki, Azərbaycanda bazar mövqeyinin möhkəmlənməsi, digər maliyyə təşkilatlarına nisbətən coğrafi diversifikasiyanın daha yüksək göstəriciləri, həmçinin səhmdarların banka dəstək verməyə hazır olmaları "PAŞA  Bank”ın biznesinin stabilliyinə təsir edir, həmçinin kapitallaşma göstəricilərinə olan təzyiqi neytrallaşdırır.

"S&P" yaxın 12-18 ay ərzində bankın biznesinin yüksək artım templərinin və hələ də Türkiyədə fəaliyyət göstərmənin yüksək iqtisadi risklərinin bankın biznesinin stabillik göstəricilərinə və aktivlərin keyfiyyətinə göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq reytinq proqnozunu "neqativ” saxladığını qeyd edir.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...