“Paşa Bank” tanınmış iş adamını məhkəməyə verib

“Paşa Bank” tanınmış iş adamını məhkəməyə verib
"Paşa Bank” ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.

Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Kredit müqaviləsi detallı məlumat yoxdur.

Məhkəmə iddianı təmin edib.

Hökmdən narazı qalan iş adamı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra N.Piriyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, N.Piriyev "PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin cinayət işində hallanır.

Belə ki, hazırda davam etdirilən "Beynəlxalq Bank işi”ndə təqsirləndirilən Erxan Cavad dindirilən zaman "Cargill” şirkəti ilə "Buta Kitchen” MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra "Cargill” "Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürüb, həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor” yolla köçürülüb.

Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb."Report”

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...