\"Paşa Bank\" Azərbaycanda ilk dəfə sindikatlaşmış müqaviləyə imza atıb

\

 

 

"2018-ci ildə"Paşa Bank" ASCAzərbaycanda ilk dəfə13,5 mln dollarlıq sindikatlaşmış müqaviləyəimza atıb".

Bunu "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bankın 2018-ci il üzrə maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

"Sindikat iştirakçıları dünya bankları və sığorta şirkətləri olur. Bu istiqamətdə biz həmin maliyyə indikatoru üzrə bu il daha çox iş görmək niyyətindəyik", - deyə T.Kazımov bildirib.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.


OXŞAR XƏBƏRLƏR