PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları 2018” tədbiri keçirilib.
 
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən tədbirdə ölkənin aparıcı korporativ bankı PAŞA Bankın nümayəndələri ilə yanaşı yerli bankların və beynəlxalq maliyyə institutlarının təmsilçiləri, eyni zamanda Assosiasiyanın nəzdində müxtəlif seqmentlər üzrə fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri və digər mütəxəssislər iştirak edib.

Tədbir çərçivəsində PAŞA Bank yerli bazarda əldə etdiyi nailiyyətlərə görə ABA tərəfindən yüksək qiymətləndirilib. Hər il bazarda texnoloji yeniliklərin tətbiqinə imza atan və innovativ inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edən PAŞA Bank Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi iki mükafatı almışdır. Belə ki, Bank ABA-nın üzvləri arasında "İnnovativ ödəniş həlləri tətbiq edən” və "Ən fəal təhsil dəstəkçisi” nominasiyalar üzrə mükafata layiq görülüb.
"Bankçılıq Mükafatları” çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının il ərzindəki işinin qiymətləndirilməsinin nəticələri də açıqlanıb. 2018-ci ilin nəticəsi olaraq "Ən fəal Ekspert Qrupu” nominasiyası üzrə PAŞA Bankın Hüquq və Komplayns departamentinin direktoru Anar Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən "Komplayns üzrə Ekspert Qrupu” 1-ci yerə layiq görülüb. Qeyd edək ki, keçən il ABA-nın nəzdində fəaliyyət göstərən 9, bu il isə 12 Ekspert Qrupları arasında PAŞA Bankın təmsilçisinin rəhbərliyi altında fəaliyyət göstərən bu Ekspert Qrupu artıq ikinci dəfədir ki, bu nominasiyada qalib gəlir.
 

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...