Partiya sədri: \"Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”

Partiya sədri: \
 

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən videokonfrans barədə fikirlərini bildirib.

Partiya sədri "Report”a açıqlamasında 9 siyasi partiya təmsilçisinin iştirakı ilə videokonfransın keçirilməsini yüksək qiymətləndirib.

O qeyd edib ki, görüşdə belə dialoqların keçirilməsinin davamlı xarakter daşıması təklif olunub:

"Ədalət Vəliyevin buna reaksiyası isə çox müsbət oldu. O bildirdi ki, həm parlamentdə olan, həm də parlamentdən kənar siyasi partiyalarla dialoq aparılmasında iqtidar maraqlıdır, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var, hər zaman buna hazırdırlar”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu dialoqun içərisində yer alıb:

"Yalnız AXCP və onun sədri bu prosesdə istisna təşkil edir. Bu, onun mövqeyi ilə bağlıdır. Bu mövqe çox avantürist mövqedir, ölkədə xaosun yaradılmasına xidmət edən davranışdır. Sözsüz ki, onlar nə qədər belə mövqedədirsə, Azərbaycanın ictimai-siyasi mühitində onlara yer yoxdur. Çünki xalqımız onların bu mövqeyini müdafiə etmir”.

Partiya sədri xatırladıb ki, görüşün sonunda bəyanat qəbul edilib:

"Həmin bəyanat isə dərc edilib. Hər bir şəxs həmin bəyanatla tanış ola bilər. Biz belə dialoqun olmasında və davam etdirilməsində, hakimiyyət-müxalifət arasında sivil münasibətlərin formalaşmasında maraqlıyıq”.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...