Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?
Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensiya kəsilməsidir. Bu istiqamətdə çoxsaylı müzakirələr gedir.

İ.Qəmbər 1992-ci il mayın 18-dən 1993-cü ilin 15 iyununa qədər parlamentə rəhbərlik edib. Spiker olduğu gündən növbəti ayın sonlarına, mərhum prezident Əbülfəz Elçibəy andiçmə mərasiminə qədər ölkənin ikinci şəxsi kimi-həmin dövrdə ölkədə prezidentdən sonra ikinci səlahiyyətli şəxs qanunverici orqanın rəhbəri sayılırdı-prezident səlahiyyətlərini icra edib.

Bu postları tutduğu halda ona 180 manat pensiya kəsilməsi qınanır.

Qeyd edək ki, 1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradılıb və 1995-ci ilə qədər qanunverici orqan bu adla fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra ilk spiker Elmira Qafarova olub.

O, 1991-ci il oktyabr və 1992-ci il fevral ayları aralığında vəzifəsini icra edib. Bu baxımdan o, Azərbaycan Respublikasının əslində ilk parlament sədri də sayılır. E.Qafarova 1993-ci il 1 avqustda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

E.Qafarovanı postunda 1992-ci il mayın ortalarına qədər Yaqub Məmmədov əvəzləyib.

O, həmin vaxt həm də ölkədə prezident səlahiyyətlərini icra edib. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan Y.Məmmədov spikerliyə Tibb Universitetinin rektorluğundan gəlib. Hazırda o ölkədə parlamentin sədri və prezident səlahiyyətlərini icra etdiyinə görə deyil, elmi-pedoqoji sahədəki uzunmüddətli fəaliyyətinə görə pensiya alır. Onu yuxarıda qeyd etdiyimiz kimi İ.Qəmbər əvəzləyib.

İ.Qəmbəri isə 1993-cü il 15 iyunda mərhum prezident Heydər Əliyev əvəz edib və həmin ilin oktyabrına, yəni prezident seçilənə qədər qanunverici orqanın sədri olub. H.Əliyevin yerinə hazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyev seçilib və o da 1995-ci ilin noyabrına qədər spiker olub.

1995-ci ilin noyabrında Azərbaycan Konstitusiyası qəbul olunandan və ölkədə parlament seçkiləri keçiriləndən, qanunverici orqan Milli Məclis adlanandan sonra deputat seçilən R.Quliyev yenidən Milli Məclisin sədri seçilir. O, 1995-96-cı illərdə parlamentə rəhbərlik edib və təmsilçisi olduğu hakim komanda ilə yaşadığı gərgin səbəbindən ölkəni tərk edib. Onun deputatlıq pensiyası 1998-ci ildə ləğv olunub. Azərbaycan qanunvericiliyində isə mandatı əlindən alınan şəxs deputatlıq mandatı almır.

R.Quliyevin qalmış müddətində, yəni 1996-2000-ci illərdə Milli Məclisə Murtuz Ələsgərov sədrlik edib. 2000-2005-ci illərdə də Milli Məclisin sədri M.Ələsgərov olub. O, 2012-ci ildə vəfat edib, I Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölənə qədər deputatlıq pensiyasını alıb.

Onu əvəzləyən Oqtay Əsədov 2020-ci ilə qədər spiker olub və hazırda deputat olduğu üçün şübhəsiz ki, pensiya almır. 67 yaşı olan O.Əsədov pensiya yaşını keçib və deputat olmasaydı, bu pensiyanı mütləq alacaqdı.

Onu postunda iki ildir Sahibə Qafarova əvəz edir. Xanım spikerin də 67 yaşı var, yəni pensiya yaşını ötüb. O da deputatlıq pensiyası alacaq.

Bütün bu faktlar onu göstərir ki, M.Ələsgərov daxil ondan sonrakı iki spiker bu pensiyanı alıb. Ondan əvvəlkilərin heç biri bu hüququ əldə etməyiblər./Musavat.com/


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...